Nuriyyə Hüseynova üçün ÖZƏL GÜN – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti, AMEA Folklor İnstitutunun “İrs” Folklor Ansamblının rəhbəri, sevilən müğənni Nuriyyə Hüseynovanın doğum günüdür.

Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Ordubad rayonunda anadan olub.

Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında muğam ixtisası üzrə təhsil alıb.

Asəf Zeynallı adına Musiqi texnikumunda, 8 saylı uşaq musiqi məktəbində dərs deyib.

1994-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimə kimi çalışır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir.

Nuriyyə Hüseynova Azərbaycanda və ölkəmizdən kənarda milli musiqimizi layiqincə təmsil edən azsaylı sənətkarlarımızdan biridir.

Turkustan.info ailəsi olaraq Nuriyyə xanımı doğum günü münasibətilə təbrik edir, ona Tanrıdan möhkəm cansağlığı, yorulmaz fəaliyyətində hər zaman uğurlar arzu edirik!

 

https://www.youtube.com/watch?v=L8gj7K5Mw-M

 

Vətənim Media Shorts

YouTube-da aç ↗