Türkiyədə referendum öncəsi təbliğat-təşviqat prosesi davam edir.
Qardaş Türkiyədə referendum öncəsi təbliğat-təşviqat prosesi davam edir. İstiPress-in məlumatına görə, partiyalar öz mövqelərini müxtəlif videoçarxlar, şüarlar, mahnılarla seçicilərə çatdırmağa çalışırlar.
Turkustan.info xəbər verir ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı isə plagiat olması ilə İstiPress-in diqqətini çəkib. Təbliğat mahnısının melodiyası müəllifi Ələkbər Tağıyev olan “Sənə qurban” (Sən Müşfiqin yanında…) mahnısı ilə eynidir. Sözləri dahi şairimiz Mikayıl Müşfiqə aid olan və ilk dəfə Xalq artisti Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz bu mahnı dünyaşöhrətli ifaçının sayəsində bütün dünyada məşhurdur.
Qeyd edək ki, qardaş respublikada bu mahnının mənimsənilməsi ilk hal deyil. Türkiyədə hələ də insanların əksəriyyəti mahnını özlərinki sayır və “Mavi boncuk” kimi tanıyırlar.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı
https://youtu.be/dzO7HPL5n1E
Zeynəb Xanlarova-Qal sənə qurban
Emel Sayın – Mavi boncuk
