Parlament seçkiləri martın 26-da keçiriləcək
Bolqarıstan ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi Ankaranın müdaxilə cəhdi etdiyini vurğulayaraq Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırır.
Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Türkiyənin Sofiyadakı səfiri bir qədər əvvəl ölkədəki türkyönlü “Dost” partiyasını dəstəkləyib. Rəsmi Ankara isə Türkiyədə yaşayan 60 min bolqarı “Dost”a səs verməyə səsləmişdi. Rəsmi Sofiya bunu “Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə” kimi dəyərləndirib.
Bolqarıstanda parlament seçkiləri martın 26-da keçiriləcək. Sosioloji sorğuların nəticələrinə görə, əsas rəqiblər sabiq baş nazir Boyko Borisovun rəhbərlik etdiyi “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” və Bolqar Sosialist partiyalarıdır.
