Məşhur şirkətin rəhbəri həbsxanada qətlə yetirildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dələduzluq maddəsi ilə həbs olunan “Roskosmos” korporasiyasının icraçı direktoru Vladimir Yevdokimov Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən cəzaçəkmə müəssisəsində ölü tapılıb.

Məlumatı Cəzaların İcrası Federal Xidməti təsdiqləyib. Rusiya İstintaq Komitəsinin Moskva İdarəsi V.Yevdokimovun bıçaq yaralarından öldüyünü açıqlayıb. “Roskosmos”un bəyanatında isə deylir ki, dövlət korporasiyası hadisənin hərtərəfli araşdırılmasını tələb edir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. (APA)

Vətənim Media Shorts

YouTube-da aç ↗