İndiyədək tibb xərçəng xəstəliyindən əziyyət çəkən insanlara cərrahi müdaxiləni, xüsusilə xərçəng olmuş orqana bıçaq vurulmasını doğru hesab etməyib. İddia olunub ki, xərçəngə bıçaq vurulsa yayıla bilər, bu da nəticədə xəstə insanın həyatdan tez getməsinə səbəb olar.
Kayseri “Dünyam” Xəstəxanasının baş cərrahı, uzman doktor Mahmut Duran “xərçəngə bıçaq vurmaq olmaz” iddiasının yanlış olduğunu deyib.
Mahmut Duran bildirib ki, xərçəng xüsusilə türk toplumunda ilkin mərhələdə özünü göstərmir. Bu da xəstəliyin geç aşkarlanmasına səbəb olur: “Məsələn, öskürəklə birlikdə boğazından qan gələn bir xəstə ağciyər xərçəngi olduğunu düşünmür. Davamlı olaraq ordan-burdan eşitdiyi məsləhətlərlə dərmanlar alıb qəbul edir və boş yerə zamanı uzadır. Bu müalicələrin təsiri olmayınca, artıq həkimə müraciət edir. Amma bir əvvəlki müayinə ilə bir il sonrakı müayinə arasında çox böyük fərq var”.

Mahmut Duran qeyd edib ki, əgər qaraciyərdə və sümükdə yayılma varsa, artıq o xəstə 6-8 ay qədər yaşaya bilər: “Amma ilkin mərhələdə olan xəstələri əməliyyat edə bilirik. Xəstələrdə bəzən bağırsaq tutulmaları olur ki, bağırsağı açmaq üçün əməliyyat aparılır. Yaxud da mədədə. Əməliyyata geçikdiyi üçün xəstə “bıçaq vursanız yayıla bilər” kimi ifadələr işlədir. Amma bu o demək deyil ki, yayılma baş verəcək. Biz bu cür xəstələri uğurla əməliyyat edirik”.
Baş cərrah xərçəngdən yox, geçikmədən qorxmağı tövsiyyə edir(Moderator.az).