Azərbaycanlı iştirakçı “Sən supersən!”də
“Buludlar” mahnısını ifa edən “Sən supersən!”in Azərbaycandan olan iştirakçısı Xoşqədəm Mehdiyeva həm münsifləri, həm də tamaşaçıları valeh etdi.
Turkustan.info Sputnik-ə istinadən xəbər verir ki, Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. Onlar NTV telekanalının kastinqləri nəticəsində bu hüququ qazanıblar. Pərvanə Alcanovanın ilk çıxışı fevralın 18-də olub. “Ana” mahnısını ifa edən Alcanova ikinci tura çıxa bilib. Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin “Sən supersən!” layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.
Pərvanə Əlcanova anasını 2 yaşı olanda itirib. Pərvanə və 4 uşaq nənəsinin himayəsində qalıb. Daha sonra çətinliklər qarşısında aciz qalan nənə uşaqları kimsəsizlər evinə verib.
2014-cü ildə Pərvanə yaşamaq üçün gənclər evinə köçüb və humanitar kollecə daxil olub. Vokalla xüsusi olaraq məşğul olmayan Pərvanə yalnız güzgü qarşısında və ya rəfiqələri üçün mahnılar oxuyub.
Pərvanə bildirib ki, uşaq vaxtından istedadı olduğuna agah olub və öz üzərində müəllimsiz çalışıb. O, bir çox müsabiqələrdə iştirak edib. Ən böyük arzusu isə böyük səhnəyə çıxmaqdır.
Ailəsindən bəhs edən həmvətənimiz isə anasını xatırlamadığını vurğulayıb.
Qeyd edək ki, “Sən supersən” valideyn himayəsindən məhrum olan 7-18 yaşlı uşaqların iştirak etdiyi müsabiqədir. Münsiflər heyəti müğənni Elka, Marqarita Suhankina , Viktor Drobş və Stas Pyekadan ibarətdir. Müsabiqədə Rusiya, Azərbaycan, , Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.
