ABŞ-da dəhşət – Robot qadını sirli şəkildə öldürdü -FOTO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Müasir texnoloji inkişaf öz töhfələri ilə yanaşı bəlalarını da bəşəriyyətə təqdim etməkdədir. ABŞ-da 57 yaşlı, 3 uşaq anası çalışdığı firmadakı robot tərəfindən qorxunc bir şəkildə öldürülüb. Belə ki, robot qadının üzərinə yarım tonluq dəmiri ataraq onun başını əzib.

Amerikanın Miçiqan ştatında avtomovil hissələri istehsal edən firmada çalışan robot texniki nəzarətdən çıxıb və nəticədə yaxınlıqda çalışan qadının qafasını əzib.

12 ildir bu firmada işləyən Vanda Holbrook robotun törətdiyi faciəvi hadisə nəticəsində həyatını itirib.

Şahidlər bildirir ki, robot bir anda hərəkət etməyə başlayıb. Normal halda firmadakı kabinələr bir-birindən təhlükəsizlik qapıları ilə ayrılıbmış. Ancaq qapılar bilinməyən səbəbdən açılıb, Qadını bir küncə sıxışdıran robot, Vandanın başına bir dəmir parçası fırladaraq onun başını əzib.

Ölən qadının əri robotun çalışdırıldığı firmanı məhkəməyə verməyi qərara alıb.

 

Moderator.az

Vətənim Media Shorts

YouTube-da aç ↗