Ukraynadan Ermənistana GÖZLƏNİLMƏZ TƏPKİ: “Ölkəyə buraxılmayacaqlar, əgər…”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Avroviziya -2017” mahnı müsabiqəsində Ermənistanı təmsil edən ifaçı Ukraynaya buraxılmaya bilər.

Cebhe.info xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidməti bildirib.

Hazırda Xidmət Ermənistan təmsilçisi Arçvik Arutunyanın Krımda konsert verib-vermədiyini araşdırır.

Xidmətin əməkdaşı Anton Qeraşenko bildirib ki, müğənninin Ukraynaya buraxılması bu araşdırmanın nəticəsindən asılı olacaq: “Əgər müğənninin Krımda olduğu təsdiqini taparsa, o zaman Ukrayna bununla bağlı ayrıca qərar qəbul edəcək. Təkcə Rusiya təmsilçisi Yuliya Samoylovanı Krıma getdiyinə görə məsuliyyətə cəlb etmək ədalətsizlik olar. Əgər Ermənistan nümayəndəsi ilə bağlı da bu məqam aşkarlanarsa, o zaman ayrıca qərar veriləcək”.

Vətənim Media Shorts

YouTube-da aç ↗