Təbriz meydanında qətl: Gənc məhbus

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Gənc məhbusu Təbrizin küçələri ilə aparırdılar. Onun boynunda poladdan hazırlanmış xalta var idi. Xaltaya uzun iplər bağlanmışdı, onlardan tutub onu kütlənin içi ilə çəkib aparırdılar. Ayağı dolaşanda keşikçilər qəzəblə ipləri dartır və ya Onu amansızcasına qamçılayırdılar. Hərdən kütlə içindən kimsə kənara sıçrayıb, keşikçilərin yanından ötüşüb Gənci yumruq və ya ağacla vururdu. Hər belə uğurlu hərəkəti kütlə gur şadyanalıqla alqışlayırdı. Atılmış daş və ya bir parça zibil məhbusun sifətinə dəyəndə həm keşikçilər, həm də kütlə içindən qəh-qəhə qopurdu. “Hə, özünü azad et görək, necə azad edirsən, öz zəncirlərini qır, bizə möcüzə göstər!” – bir küçə avarası qışqıraraq, Gəncin sifətinə tüpürdü.

Nəhayət Gənci edam yerinə gətirdilər. Günorta vaxtı idi. Kazarmanın qarşısındakı meydanda əsgər dəstəsi düzülmüşdü. Təbrizin qızmar yay günəşi Gəncin sinəsinə tuşlanmış tüfənglərin lüləsində bərq vururdu. Mərkəzi meydanın ətrafında insan dalğası çalxalanırdı. Minlərlə insan qonşu evlərin damına dırmanmışdı. Hamı altı il ərzində ölkəni təlatümə salmış bu qəribə Gəncə sonuncu dəfə baxmaq istəyirdi.

Heç kim Onun kim olduğunu, xeyir və şərin təcəssümü olduğunu dəqiq bilmirdi. Lakin yaşı otuzdan çox olmazdı. İndi, hər şey bitdiyi zaman, insanların nifrət və təqib etdiyi Kəs əsla təhlükəli görünmürdü. Hamı dramatik sonluq arzulayırdı – bundan ötrü bura gəlmişdilər! Lakin O, onların ümidini doğrultmadı. Bu gənc qeyri-adi idi: O, köməksiz olsa da, özünə inamlı görünürdü. Onun gözlərindən məmnunluq süzülürdü, Ona tərəf tuşlanmış 750 tüfəngin lüləsinə baxanda, hətta tələsdiyini də hiss etmək olardı.

Tüfənglər yuxarı qaldırılır. “Atəş!” əmri eşidilir. Hər birində 250 nəfər olmaqla üç sıra əsgər bir–birinin ardınca Gəncə atəş açır. On min nəfərdən çox insan sonra baş verənlərin şahidi olur. Bu hadisənin sənədli sübutları bizim günlərə kimi çatmışdır. Onların birində deyilir: “Barıt tüstüsündən günün günorta çağı gecə yarası kimi qaranlıq oldu. Tüstü çəkiləndən sonra gördülər ki, Gənc sağ-salamat dayanıb, bədənində heç bir yara yoxdur. Gəncin asıldığı kəndirlər isə parça-parça olmuşdu”.

Əsgərlər kəndir parçalarını toplayır və başları üzərində qaldırırdılar ki, həyəcana gəlmiş kütləyə göstərsinlər. Kütlə getdikcə təhlükəli olurdu və əsgərlər onu sakitləşdirməyə çalışırdılar: “Baxın, güllələr kəndiri doğrayıb – onların hərəkətləri bunu deyirdi – onu azad edən budur. Daha heç nə. Heç bir möcüzə baş verməyib”. Buna inanmaq çox çətin idi; güllələr məhbusa heç bir ziyan yetirməmişdi. Əksinə, onlar Onun qollarını açmış, Onu azadlığa buraxmışdı. Bu əsl möcüzə idi…..

Kembric universitetinin professoru, tanınmış ingilis şərqşünası E.Q.Braun bu hadisə haqda yazır: “Mən imkan daxilində bütün detalların daha dəqiq və ətraflı məlumatını əldə etmək istərdim…çünki mənim fikrimcə, bu misli bərabəri olmayan ən maraqlı və əhəmiyyətinə görə birinci dərəcəli hadisədir. Mən hesab edirəm ki, bu hadisəni gücüm çatdığı qədər həmvətənlərimə çatdırmaq mənim həm birinci dərəcəli borcum və eyni zamanda vəzifəmdir, qoy onlar onun haqqında düşünə bilsinlər, çünki təsəvvür edin, əgər kimsə bizə İsa Məsihin uşaqlığı, erkən yaşları və ya xarici görkəmi haqda təzə nəsə danışsa, biz buna nə qədər şad olardıq. İndi çox şeyləri aydınlaşdırmaq mümkün deyildir…lakin bu gənclə mümkündür.”.

Beləliklə, bu Gənc – Seyyid Әli Mәhәmmәd Bab (yәni “Qapı”) 1850-ci ildə iyul ayının 9-da Azərbaycanın Təbriz şəhərində kütlə qarşısında edam edilib. Məsihin “İncil”dəki sözləri bəlli idi. Bu Gəncin öz şagirdlərinə dediyi sözlər isə böyük maraq doğrur:

“Həqiqətən, Mən deyirəm, Bu Gün keçmiş Peyğəmbərlərin günlərindən də böyük bir Gündür. Xeyr, müqayisə olunmazdır! Siz Allahın Vəd etdiyi Günün Şəfəqinin şahidlərisiniz… Bu ölkəni eninə və uzununa dolaşın və yorulmaz ayaq və müqəddəs qəlblərinizlə Onun gəlişi üçün yol hazırlayın… Onun adı ilə qalxın, inamınızı Ona bağlayın və son qələbəyə əmin olun”.

 

Babın doğulduğu yer, erkən illəri və bəyanı

 

Bu Gəncin doğulduğu yer olan İran bir vaxtlar dünya tarixindә müstәsna mövqelәrdәn birini tuturdu. Özünün әvvәlki әzәmәtli günlәrindә o, millәtlәr arasında hәqiqәtәn şahanә mövqeyә malik idi. O, dünyaya dahi şahlar vә dövlәt xadimlәri, peyğәmbәrlәr vә şairlәr, filosoflar vә rәs­samlar ver­mişdi. Yaxın vә Orta Şәrqin bütün diyarlarında İran öz әvvәlki әzәmәtinin izlәrini qoymuşdur. Lakin XVIII-XIX әsrlәrdә İran tәnәzzülә uğramışdı. Onun hökumәti korrupsiyaya batmış vә çıxılmaz maliyyә cәtinliklәri qarşısında qal­mışdı; onun hökmdarlarından bəziləri zәif, digərlәri isә ağlasığ­maz dәrәcәdә qәddar idi. Onun ruhanilәri fanatik vә dözüm­süz, xalqı avam vә mövhu­matçı idi.

Әhalinin böyük әksәriyyәti İslamın şiә təriqətinə mәn­sub idi, lakin İranda xeyli sayda zәrdüştilәr, yәhudilәr vә öz aralarında düşmәncilik edәn müxtәlif xristian tәriqәtlәri dә vardı. Onların hamısı özlәrini hәyatda mәhәbbәt vә barış içində yaşamağı çağıran böyük Peyğəmbərlərin ardıcılları hesab edirdilәr. Lakin əslində onlar bir-birlәrindәn kәnar gәzir, bir-birlәrinә alçaq nәzәrlәrlә baxırdılar; hәr bir tәriqәt digərini murdar vә bütpәrәst sayırdı. Yәhudi vә zәrdüşti üçün yağışlı gündә küçәdә gәzmәk qorxulu idi, çünki onlardan hәr hansı birinin islanmış paltarı müsәl­mana toxunsaydı, onu mur­dar­laya bilәrdi vә o, bu tәhqiri öz hәyatı bahasına ödәmәli idi. Əgər müsəlman yәhudidәn vә ya zәrdüştidәn pul almış olsaydı, o bu pulu cibinә qoymazdan әvvәl onu yu­ma­lıydı. Müsәlmanlar öz növbәsindә çoxsaylı tәriqәtlәrә bölün­müşdülər vә onların arasında da tez-tez amansız vә qızğın müba­hisәlәr baş verirdi. Zәrdüşt Peyğәmbәrin ardı­cıl­ları әlahiddә ic­malar halında yaşayır vә başqa dinlәrә mәnsub olan hәm­vәtәnlәri ilә ünsiyyәtdә olmaqdan imtina edirdilәr.

Dini işlər kimi ictimai işlər də ümidsiz tənəzzül halında idi. Təhsilə etinasızlıq göstərilirdi. Qərb elmləri və incəsənəti murdar və dinə zidd sayılır, ədalət məhkəməsi məzhəkəni xatır­ladırdı. Quldurluq və talan adi işə çevrilmişdi. Yollar səfər üçün bərbad və qorxulu idi. Hər yer çirkli və üfunətli idi. Bütün bunlara baxmayaraq İranda mənəvi həyatın işığı söndürülməmişdi. Hər yerdə hökm sürən dünyəvi boşluğun və mövhumatın arasında hələ də müqəddəs qəlbləri tapmaq mümkün idi. Çoxları vəd olunmuş Mehdinin zühurunu səbir­sizliklə gözləyir və inanırdılar ki, Onun gəlişinin vaxtı çatmışdır. Yeni eranın Müjdəçisi Bab Öz vəhyi ilə ölkəni həyəcan­landıran zaman İranda vəziyyət belə idi.

Sonralar Bab adını almış Seyid Әli Mәhәmmәd 1819-cu il oktyabrın 20-dә İranın cәnubunda yerlәşәn Şiraz şәhәrindә doğulmuşdu. O, Seyyid, yəni həm ata, həm də ana tərəfdən Mәhәmmәd Peyğәm­bәrin nәslin­dәn idi. Dunyaya göz açandan az sonra atası vәfat edir vә O, dayısının himayәsinә verilir. Uşaqlıq çağlarında O, adi ibtidai tәhsil alır. On beş yaşından etibarәn Fars körfәzi sahilindә yerlәşәn Buşir şәhәrindә yaşayan o biri dayısının yanında tacirlik edir.

Gәncliyindә O qeyri-adi gözәlliyi vә yaxşı davranışı, hәm­çinin son dәrәcә möminliyi vә alicәnab xasiyyәti ilә fәrqlәnirdi. İyirmi beş yaşına çatanda O, bəyan etdi ki, İlahinin İradәsi ilә “Allah-taala Onu Özünün Qapısı secmişdir”. Hәmin günlәr Mehdinin hökmәn zühur edә­cәyi fikri şeyxilәr adı altında tanınan tәriqәtdә daha güclü idi. Babın Öz Missiyasını ilk dәfә bəyan etdiyi şәxs mәhz hәmin tәriqәtdәn olan Molla Hüseyn Buşruyi idi. Bu bәyanın dәqiq vaxtı Babın “Bәyan”ında verilmişdir: miladı təqvimlə 1844-cü il mayın 22-də  gün batandan 2 saat 11 dәqiqә sonra.

Babın ona dediyi sözlәr üzәrindә bir necə gün dәrin düşüncәlәrә daldıqdan və öyrəndikdən sonra  Molla Hüseyn qәti әmin olur ki, müsəlmanların coxdan gözlədikləri Mehdi həqiqətən zühur etmişdir. Tez bir zamanda bu sirrin açılması sevincini Molla Hüseyn ilә onun bir neçə dostu bölüşdülər. Qısa müddәtdә şeyxilәrin böyük әksәriyyәti Baba beyət etdilər vә babilәr kimi tanın­mağa başladılar. Tezliklә bu Gənc barədə xəbər ildırım sürәtilә bütün ölkәyә yayılır.

 

Babilər hərəkatının yayılması və Babın iddiaları

 

Babın ilk 18 şagirdi «Canlının hərfləri» («Hürufi-həyy») kimi tanınmağa başla­dılar. O Özünün gəlişi barədə xəbəri yaymaq üçün şagird­lərini İranın və Türküstanın müxtəlif yerlərinə gön­dərir. Özü isə Məkkə ziyarətinə yola düşür, 1844-cü ilin de­kab­rında Məkkəyə çatır və burada çoxsaylı zəvvarlar qarşısında öz Mis­siya­sını açıq şəkildə bəyan edir. Buşirə qayıtdıqdan sonra Onun Özünü Bab adlan­dırması böyük həyə­can doğurur. Bəlağətli nit­qinin atəşi, nazil etdiyi Yazılarının möcüzəsi, qeyi-adi müdrik­liyi və islahatçı çılğınlığı ardıcılları ara­sında bö­yük ruh yüksəkliyinə səbəb olur, lakin eyni dərə­cədə ortodoksal müsəlmanlar arasında həyəcan və Ona qarşı düşmənçilik törədir. Şiәlәrin ali ruhanilәri Ona qarşı ciddi ittihamlar irәli sü­rürlәr vә Fars әyalәtinin qәddar valisi Hüseyn Xanı inandırırlar ki, “yeni bidәtçiliyә” qarşı tәqiblәrә baş­lasın. Bundan sonra Həzrət Babın uzun sürәn hәbsxanalar, mәh­kәmәlәr, şallaqla döyülmә vә ağır tәhqirlәr döv­rü başlayır vә Onun qətli ilә sona catır.

Gәnc islahatçı Özünü gәlişini Mәhәmmәd Peyğәmbәrin öncədən xәbәr verdiyi Mehdi elan edәndә ona qarşı düşmәnçilik ikiqat çoxalır. Öz imanlarına görə şiәlәr Meh­dini min il  әvvәl müәmmalı şәkildә qeyb olmuş on ikinci İmam ilә eynilәşdirirdilәr. Onlar inanırdılar ki, o hәlә sağdır vә özünün әvvәlki görkәmindә zühur edә­cәk­dir; onun hökmranlığına, onun şöhrәtinә, qәlәbәlәrinә vә gəlişinin “әlamәtlә­rinә” dair peyğәmbәrliklәri maddi baxımdan izah etməyə çalışırdılar. Onlar gözlәyirdilәr ki, Mehdi saysız-hesabsız qoşunu ilә gələcək vә Özünü ali hökmdar elan edәcәk, ölü­lәri dirildәcәk vә i.a. Lakin bu әlamәtlәr görünmәdiyi üçün şiәlәr Babı kəskin nifrətlə rədd etdilәr.

Digәr tәrәfdәn babilәr, sözü gedәn peyğәmbәrliklәri mәcazi mәnada şәrh edirdilәr. Onlar belә hesab edirdilәr ki, Vәd Olunmuşun hakimiyyәti İsa Məsihin haki­miyyәti kimi mistik olacaqdır. Onun şöhrәti dün­yәvi deyil, ruhani xarakter daşıyacaqdır; Onun qәlәbәlәri – insan qәlblә­rinin qalalarını fәth etməkdәn ibarәt olacaqdır; onlar Babın ecazkar hәyatında vә tәlimindә, Onun dönməz inamında, Onun sarsılmaz mәtinliyindә, Onun cәhalәt qəbirlərində yatanları ruha­ni hәyata qaytarmaq qabiliyyәtindә Onun bu iddialarını tәsdiq edәn çoxlu dәlillәr tapırdılar.

Lakin Bab Özünü Mehdi elan etməklә kifayәt­lәnmәdi. O, “Nuqteyi-Üla” vә ya “Birinci Nöqtә” müqәddәs adını qәbul etdi. Bu titulla Mәhәmmәd Peyğәmbәrin ardıcıl­ları Ona müraciәt edәrdilәr. Hәtta imamlar öz mәqamlarına görə “Nüqteyi-Üla”dan aşağıda idilər. Bu rütbәni qәbul etməklә Bab Özünü Mәhәmmәd Peyğәmbәr kimi din Qurucularının mәqamına yüksәldirdi. O hәtta yeni tәqvim tәtbiq edәrәk günəş ilini bәrpa etdi və Yeni Eranın baş­lan­ğıcını Özünün Zühur etdiyi ildәn qoydu.

 

Təqiblər güclənir və Babın öldürülməsi

 

Babın belә bәyanatları vә bütün siniflәrә mәnsub adamların – varlıların vә kasıbların, təhsillilərin vә savadsızların heyrətamiz bir sürәtlә Onun Tәlimini qәbul etmәsi, onun susdurulmasına edilən cәhdlәrin get­dik­cә daha amansız vә qətiyyətli xarakter olmasına gәtirib çıxardı. Evlər talan edilir və dağıdılır, Tehran­da, Farsda, Mazandaranda və digər yerlərdə çoxlu sayda möminləri ölümə məhkum edilirdi. Çoxlarının başı kəsil­miş, dar ağacından asılmış, topların ağzına qoyulub atılmış, yan­dırıl­mış və ya tikə-tikə doğranmışdı. Lakin hərəkatın yatırılmasından ötrü edilən bütün səylərə baxmayaraq o, getdikcə genişlənirdi. Məhz bu təqib­lər nəticəsində ardıcıllarda belə bir əminlik güclənirdi ki, bununla da Mehdinin gəlişi haqqında peyğəm­bər­liklər sözün hərfi mənasında yerinə yet­mişdir. Belə ki, şiələrin doğru saydıqları Cabirin rəvayətində oxuyuruq: «Onda  Musanın kamilliyi, İsanın əzəməti, Yaqubun səbri birləşəcək; Onun dövründə bütün müqəddəslər təhqir ediləcək, onların başları bir vaxtlar türklərin və deyləmlilərin başları dəyişdirildiyi kimi hədiyyə kimi dəyişdiriləcəklər; onlar öldürüləcək, yandırılacaq, qorxu­du­la­caq­lar; yer üzü onların qanına boyanacaq və onların qadın­larının naləsi göyə ucalacaqdır; və bunlar həqiqətən mənim müqəddəslərimdir»

1850-ci il iyulun 9-da Bab 31 yaşında fanatik­cәsinә azğınlaşmış tәqibçilәrin әlindә qətlə yetirildi. Bab Onunla birlikdә şәhid olmaq üçün ehtirasla yalvaran  davamçısı Ağa Mәhәmmәd Әli ilә birlikdә Tәbriz­dәki köhnә Kazarma meydanında qurulmuş edam yerinә gә­tiril­di. Meydanda atәş açmaq әmri almış bir alay ermәni әsgәri gözləyirdi. Yaylım atәşi yayıldı, lakin tüstü dağıldıqdan sonra aydın oldu ki, Bab vә Onun sәdaqәtli dostu hәlә sağdırlar. Güllәlәr onların asıldıqları kәndirlәri qırmış,  hәr ikisi zәdә almadan yerә düşmüşdü. Günortaya yaxın onları yenidәn asırlar. Baş vermiş hadisәni möcüzә sayan ermәnilәr tәkrar atәş açmaqdan imtina edirlәr. Buna görə dә başqa әsgәr alayı çağrılır vә onlar atәş açmaq әmrinә tabe olurlar. Bu dәfә güllələr hədəfə dəyir. Hәr iki qurbanın bәdәnlәri güllәlәrdәn deşik-deşik ol­muş və eybәcәr şәklә düşmüş, lakin üzlәrinә demәk olar ki, xәtәr toxunmamışdı.

Babın şәhid edilmәsindәn sonra Onun cәnazәsi sədaqәtli dostunun cәnazәsi ilә birlikdә şәhәrin qala divarlarının arxasındakı xәndәyә atıldı. İkinci gecә onlar bir neçə babi tәrәfindәn axtarılıb tapıldı vә buradan götürülərək, 40 il әrzindә İranda müxtәlif gizli yerlərdә saxlan­dıqdan sonra böyük cәtinlik vә tәhlükәlәrlә Fələsintin torpağına (indiki İsrail dövlətinin ərazisinə) gətirildilər. Bu­rada onlar Kәrmil dağının gözəl yamacında, İlyas peyğəmbərin mağa­rasının yaxınlığında dәfn olun­dular.

 

Babın əsərləri

 

Babın yazıları olduqca çox idi. O, Özünün dәrin mәnalı şərhlərini qeyri-adi sürәtlә ya­zır­dı; ifadələrinin dәrinliyi vә bәlağәtli duaları Onun İlahi İlha­mına sübutdur. Onun yazılarının bəziləri Quran surәlәrinә şәrhlәrdәn, digərləri dualar vә Yazılarının açıqlama­larından, o birilәri isә nәsihәtlәr vә xәbәrdarlıqlar­dan, İlahi Birlik haq­qın­da mülahizә­lәrdən, maddi dünya məğ­rur­luğundan azad olmağa vә İlahi İlhama tәvәkkül etmәyә çağı­rışlardan ibarət idi.

Lakin әsas әsәrlәrinin mahiyyәti Onun yeganә canatdığı, mәqsәdi, Onun arzusu olan tezliklә zühur edəcək daha əzəmətli Allah Məzhərinin tәrifi vә tәsviri tәş­kil edirdi. O Öz zühuruna xoş müjdəni bәyan edәnin gәlişi kimi baxırdı və Özünü Ondan sonra gələcək o qüdrətli Kәsi (Bəhaullahı) aşkarlayan vasitə hesab edirdi. Ardıcıl­larına deyərdi ki, onlar Allahın nazil edəcəyi Yeni Vəhyin zühurunu gözlәmәli­dirlәr: “Mәn ancaq bu qüdrәtli kitabın hərfiyəm və bu hüdudsuz dәryanın dam­la­sı­yam, O zühur edәndә Mәnim әsil tәbiәtim, Mәnim sirlәrim, müәmmalarım vә eyhamlarım aşkar vә anlaşılan olacaqdır; bu dinin rüşeymi öz varlığının pillәlәri ilә inkişaf edәcәk vә “bütün formalardan әn mukәmmәli” vәziyyәtinә çatacaq”

Babın Tәliminin bir hissәsini Dirilmә, Qi­ya­mәt günü, Cәnnәt vә Cәhәnnәm mәsәlәlәrinin şәrhi tәşkil edirdi. O buyurur ki, Dirilmә Hәqiqәt Günəşinin yeni zühu­rudur. Ölülərin Dirilmәsi – nadanlıq, etinasızlıq vә şәhvәt mәzarlarında yatanların mənəvi oyanması demәkdir. Cәnnәt– Allahı onun Peyğәmbәri vasitәsilә dərk etmək vә sevmәk səadәtidir. Bununla da Cәnnәt insanın öz hәyatı әrzindә әldә etdiyi әn böyük kamillikdir, ölümündәn sonra isә İlahi Sәltәnәtә daxil olma vә əbәdi hәyat hüqu­qudur. Cәhәnnәm – sadәcә olaraq, Allahı bu cür dәrk etməkdәn mәhrum olmaqdır ki, bunun da nәticәsindә kamilliyә nail olmaq qeyri-mümkün olur vә Әbәdi Mәrhәmәt itirilir.

Bab qәtiyyәtlә bildirir ki, bu anlayışların başqa mәnası yoxdur vә insanın fiziki dirilmәsi haqqında, maddi sәma və cәhәnnәm haqqında vә buna bәnzәr digər müla­hizәlәr insan tәxəyyülünün uydurmasıdır. O öyrәdir ki, in­san hәyatı ölümdәn sonra da davam edir vә Axirәt dün­yası hәyatında da kamillәşmәyә aparan yol hüdudsuzdur.

Bab Öz Yazılarında ardıcıllarına buyururdu ki, onlar bir-birilәrinә bәslәdiklәri qardaş mәhәbbәti vә nәza­kәtli davranışla fərqlәnmәlidirlәr. Onlar faydalı sәnәtә vә peşәlәrә yiyәlәnmәlidirlәr. Hamı elmlәrin başlanğıcı olan ümumi ibtidai tәhsil almalıdır. Yeni Vəhyin ezaskar dövründə qadınlara daha geniş azad­lıqlar veriləcəkdir. Yoxsullar ümumi xәzinәdәn yardım alacaq­lar, lakin dilәnçilik, həmçinin spirtli içkilәrdәn istifa­dә qәti qada­ğan edilirdi. Әsil babinin hәyatının әsası – mükafat almaq ümidindәn vә cәzalanmaq qorxusundan doğmayan tәmiz mәhәbbәt olmalıdır. Bab “Bәyan” əsərindә buyurur:

“Allaha elə ibadәt et ki, hәtta bu ibadətə görə atəşə verilməyindən və ya mükafatının cənnət olamağından asılı olmayaraq sitayişində dəyişməz qal. Əgər sәn qorxudan Allaha ibadәt edirsәnsә, onda bu Alla­hın Müqәddәs Dәrgahına layiq deyil; əgər sәn nәzәrlәrini Cәnnәtә dikib yalnız ora düşmәk ümidi ilә ibadәt edirsәnsә, bu zaman sәn Allahın yaratdığını Ona şәrik qoşursan”

 

Allahın aşkarlayacağı Kəs – Bəhaullah

 

Qısa dövr әrzindә də olsa, Babın Özü Allahın Zühuru vә müstәqil dinin Banisi idi. Bәhailәr әmindilәr ki, Bab vә Bәhaullah, hәr ikisi onların dininin banilәridir vә Bәha­ullahın aşağıdakı sözlәri bu hәqiqəti tәsdiqlәyir:

“Bu ali vә fövqәladә Vәhyi Mәnim әvvәlki Vәhyimdәn ayı­ran qısa zaman mәsafәsi bir sirrdir; belә ki, onu heç bir insan açıqlaya bilmәz; o elә gizlidir ki, heç bir ağıl onu dәrk edә bil­mәz. Onun müddәti qabaqcadan müәyyәnlәşdirilmişdi vә heç kim onun sәbәbini dәrk edә bilmәz, ancaq Mәnim Gizli Kita­bımın mәzmununu anladıqdan sonra onu başa düşә bilәr“.

Bab isə Bәhaullah haq­qında tam itaәtkarlıqla bəyan edirdi ki, “Allahın aşkarlayıcı Kәsin günlərindә əgər hәr hansı bir şәxs Ondan bir ayә eşidәrsә vә onu tәkrar edәrsә, bu, “Bәyanı” min dәfә oxumaqdan yax­şıdır“.

Bab hәr cür әzaba dözmәklә Allahın zühur et­dirә­cәyi Kәsin yolunu heç olmasa bir az asanlaşdırmağı xoşbәxtlik sayırdı. O Kәsin ki, Onun yeganә ilham çeşmәsi vә Onun mәhәbbәtinin obyekti idi. 

 

Turkustan.info

Vətənim Media Shorts

YouTube-da aç ↗