Məhəmməd Peyğəmbəri təhqir etdiyinə görə… ÖLDÜRÜLƏCƏK

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İran Ali Məhkəməsi sosial şəbəkələrdə islam peyğəmbərini təhqir etməkdə günahlandırılan 21 yaşlı gənc, Sina Dehqana çıxarılan ölüm hökmünü təsdiqləyib. Bu barədə İrandakı hüquq müdafiəçiləri bir neçə mənbəyə istinadən məlumat yayıb.

Turkustan.info xəbər verir ki, İran Ali Məhkəməsi, Ərak şəhərinin cəza məhkəməsi tərəfindən müttəhimə çıxarılan edam hökmünü ay yarım əvvəl təsdiqləyərək olduğu kimi qüvvədə saxlayıb. Qeyd olunur ki, hazırda Ərak zindanında saxlanılan müttəhim, istər dindirildiyi vaxtlarda, istərsə də məhkəmə prosesində müstəqil şəkildə vəkil tutmaqdan məhrum edilib və məhkəmənin ona təyin etdiyi üzdəniraq simvolik “vəkil” də onu, lazımi qədər müdafiə etməkdən boyun qaçırıb.

Sina Dehqan, 2015-ci ilin oktyabr ayında Ərak şəhərindəki hərbi hissələrin birində əsgərlik xidmətini yerinə yetirərkən tutulub. Həmin vaxt onun cəmi 19 yaşı olub və o bir neçə şəxslə birlikdə sosial şəbəkələrin birində islam peyğəmbərinə qarşı tənqidi yazılar yazmaqda və onu təhqir etməkdə günahlandırılıb.

Bildirilir ki, valideynləri ilə birlikdə Tehran sakini olan Sina Dehqan, tutulduğu vaxtdan Ərak zindanında saxlanılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗