Toqquşma Kaliforniyada olub
ABŞ-ın Kaliforniya ştatında prezident Donald Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. İstiPress-in RİA-ya istinadən verdiyi xəbərə görə, kütləvi dava Hantinqton-Biç şəhərində prezident tərəfdarlarının nümayişi zamanı qeydə alınıb.
“Los Angeles Times”ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib. Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb. Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.
