Gülənin QAÇIŞ PLANI: Tramp gələn kimi… – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

FETÖ terror təşkilatının lideri Fətullah Gülən ABŞ-dan qaçır.

Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.

Onun sözlərinə görə, Gülənin qaçmağa hazırlaşdığı haqda Türkiyə kəşfiyyatında ciddi məlumatlar var: “Biz məlumatları ABŞ Ədliyyə Nazirliyinə təqdim etdik. Məlumatlara görə, Gülən Kanadada böyük bir ərazi alıb və oraya köçməyə hazırlaşır”.

Bozdağ əlavə edib ki, Donald Tramp ABŞ-da hakimiyyətə gələndən sonra, Gülən Kanadaya köçmə prosesini sürətləndirib.

“Lakin hara gedirsə getsin, Türkiyə onun həbsi üçün əlindən gələni edəcək”, – deyə nazir vurğulayıb. (publika.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗