ABŞ prezidenti Donald Tramp Çinin sədri Si Tsinpinlə keçiriləcək görüşün çox çətin olacağını bildirib.
Bu barədə Tramp “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Tramp seçkiqabağı kampaniya zamanı Çini ABŞ istehsalçıları üçün əlverişsiz olan valyuta və iqtisadi siyasətinə görə dəfələrlə sərt tənqid edib.
Tramp-Si Tsinpin görüşünün 6-7 aprel tarixlərində baş tutacağı planlaşdırılıb.
