Bakıda güclü yanğın olub

Şrift

Bakının Xətai rayonunda, Köhnə Günəşli yaşayış massivində yanğın baş verib.

Hadisə şahidlərinin  verdiyi məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə yaxın, “Dərə” adlanan ərazidə məişət tullantıları və quru ot yanıb, ətrafı qara tüstü bürüyüb.

Yanğın bir qədər əvvəl yanğınsöndürənlər tərəfindən söndürülüb.

Vətənim Media Shorts

YouTube-da aç ↗