Simeone İtaliyaya köçə bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İtaliyaya köçə bilər.

“İnter” klubu argentinalı çalışdırıcının xidmətində maraqlıdır.

“Neradzurra” hazırkı baş məşqçi Stefano Pioli ilə mövsümün sonunda vidalaşmağı planlaşdırır. Milanlılar Simeoneyə 5 illik müqavilə təklif etməyə hazırlaşırlar. 47 yaşlı mütəxəssis bu təklifi qəbul etsə, ildə 10-11 milyon avro məvacib alacaq.

 2011-ci ildən “Atletiko”nu çalışdıran Simeone Madrid klubuna İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku, həmçinin Avropa Liqası və UEFA Superkubokunu qazandırıb. Bundan əlavə, Simeonenin rəhbərliyi altında “Atletiko” 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Vətənim Media Shorts

YouTube-da aç ↗