“Dolana bilmirəm…”
Bakı şəhəri Buzovna qəsəbəsi A.Mirzəyev küçəsi, ev 6 “A”, m 1 də qeydiyyatda olan Məlikova Aygün Cəbil qızı redaksiyamıza ünvanladığı məktubunda təhsil naziri Mikayıl Cabbarova müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir!
Yazıb sizə bildirmək istəyirəm ki, mən Məlikova Aygün Cəbil qızı 1982 – ci ildə Bakı şəhəri Buzovna qəsəbəsi A.Mirzəyev küçəsi, ev 6 “A”, m 1 də anadan olmuşam. 2003 – cü ildə Bakı Dövlət Universitetinin riyaziyyat fakulitəsini bitirmişəm və həmin il təyinatla Cəlilabad rayon Muğan kəndindəki orta məktəbdə riyaziyyat müəlliməsi kimi fəailiyyətə başlamışam. O vaxtdan indiyə kimi adı çəkilən orta məktəbdə müəllimə işləyirəm.
Hörmətli cənab nazir!
Hal – hazırda dörd uşaq anasıyam və dolanışığım çox çətindi. Rayonda müəllimə işləyəndən öz yaxınlarımdan uzaq düşmüşəm. Bakıya qayıdıb orada yaxınlarımın yanında qalıb məktəblərdən birində müəlliməlik fəaliyyətimlə məşğul olmaq istəyirəm. Ümid edirəm ki, yaxınlarımın köməyi ilə dolanışığım belə normal olar. Bakıda 8 saylı internat məktəbində vakansiya var. Bundan başqa Şüvəlan qəsəbəsi 156 saylı A. İldırım adına orta məktəbdə və həmçinin Mərdəkan qəsəbəsi 323 saylı məktəbdə müəlliməlik vakansiyası var.
Sizdən xahişim odur ki, mənim Bakıda adı çəkilən məktəblərdən birində müəllimə kimi işə başlamam üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Tel: 051 – 615 – 35 – 47
