Bolqarıstan “Balkan” qazpaylayıcı mərkəzi tikməklə Rusiyadan qaz almağı planlaşdırır.
Bunu Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.
“Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Avropa qaz habı üçün biz bir neçə mənbədən qaz almağı planlaşdırırıq. Biz Qara dənizdə yerləşən “Xan Asparux”, “Qalata” və “Teres” yataqlarından hasil olunan, Yunanıstandan interkonnektor vasitəsilə nəql olunacaq təbii qaza maraq göstəririk. Bununla yanaşı, Azərbaycan və Rusiya qazı da maraq dairəmizdədir. Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk – sazişlər imzalayırıq və “qaz səbətimiz”i doldururuq, qazpaylayıcı sistemimizi genişləndiririk. Bu proseslər Avropa İttifaqının tələblərinə uyğun şəkildə həyata keçirilir”, – deyə o qeyd edib.
