PKK hücumu: 1 türk hərbçi öldü, 6-sı yaralandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyədə Hakkari-Çukurca yolunda hərbi avtomobilə qumbaraatandan atəş açılıb.

PKK-nın silahlı hücumu nəticəsində bir hərbçi ölüb, 6-sı xəsarət alıb.

Yaralılar Hakkari Dövlət Xəstəxanasına aparılıb. Bölgədə PKK terrorçularına qarşı havadan dəstək verməklə əməliyyata başlanıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗