Suriyada daxili müharibə başa çatdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Rusiya Müdafiə Nazirliyinin Əməliyyat Şöbəsinin rəhbəri, general Sergey Rudskoy Suriya ilə bağlı maraqlı açıqlamalar verib.

S.Rudskoy bu il mayın 4-də Rusiya, Türkiyə və İranın birlikdə imzaladığı “Suriyada müharibsiz bölgələr” planının müsbət nəticələr verdiyini söyləyib.

Onun sözlərinə görə, hazırda Suriyanın əksər hissələrində müharibə dayanıb:

“Buna görə də Suriyada daxili savaşın bitdiyini elan edə bilərik. Müstəqil Suriya dövləti öz torpaqlarına nəzarət edə biləcək vəziyyətə gəlib”.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 15 mart 2011-ci ildə başlayıb. Geridə qalan müddətdə qeyri-rəsmi rəqəmlərə əsasən 500 minə yaxın insanın öldüyü bildirilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗