Aktyor İslam Mehrəliyevin ikinci övladı dünyaya gəlib.
Oğul atası olan aktyorun bu gün səhərə yaxın qız övladı dünyaya gəlib.
İslamın bacısının dediyinə görə, körpə gecə saat 4 radələrində doğulub:
“Gecə saat 1-də gəlnimizi xəstəxanaya çatdırdıq. Çəkisi 4 kq, boyu 55 sm olan yaşılgöz qızımız dünyaya gəldi. Adını da özüm qoydum – Məryəm”.
Qeyd edək ki, İ.Mehrəliyev hazırda “Maşın” realiti şounun finalçılarından biridir.
