UNICEF: “Vətəndaşların həlak olması ilə nəticələnən hadisələrdən narahatıq”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“UNICEF vətəndaşların həlak olması ilə nəticələnən hadisələrdən narahatdır”.

Bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin (Edward Carwardine) deyib.

E.Karvardinn qeyd edib ki, biz hər iki tərəfi uşaqları təhlükədən qorumaq üçün əllərindən gələni etməyə və təmkinli davranmağa çağırırıq.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗