ABŞ Dövlət departamentindən erməni vəhşiliyi ilə bağlı açıqlama

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.

Bu haqda ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-sı brifinqdə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəlki kimi iyulun 4-də Dağlıq Qarabağ Münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, o cümlədən 2 yaşlı uşağın həlak olmasından dərin narahatdır:

“Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə bizim səmimi başsağlığımızı bildirmək istərdik”

Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.

Hizer Nauer qeyd edib ki, münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗