Bakıda günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı açıqlandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 31 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən günvurma ilə bağlı stansiyaya 2 müraciət olub.

Nazirlikdən bildiriblər ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 12 nəfəri xəstəxanaya yerləşdirilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗