Küveyt İranın 15 diplomatını qovdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Körfəz ölkəsi Küveyt İran ilə diplomatik əlaqəsində “yeni konkret addımlar” atmağa qərar verib.

Bu haqda Reuters xəbər agentliyi məlumat yayıb.

AFP xəbər agentliyi Küveytin ölkədəki iranlı 15 diplomatı deportasiya etdiyini qeyd edib. İranın Mehr Xəbər Agentliyi məlumatı təsdiqləyib. Tehranı terror təşkilatlarına dəstək verməkdə ittiham edən Küveytin bu addımı ölkədəki Əl Ab terror təşkilatı ilə bağlı atdığı iddia edilir.

İran mətbuatı Küveytin İrandakı Ataşesinin fəaliyyətini dayandırdığı haqda yazıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗