RF XİN-dən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə AÇIQLAMA

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüş yeri hələ müəyyən edilməyib”.

Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.

O qeyd edib ki, bundan əvvəl “İzvestiya” qəzetində XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil:

“ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələrində dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib”.

Vətənim Media Shorts

YouTube-da aç ↗