Daha bir nəfər boğularaq öldü…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Çuxuroba kəndi ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 65 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1980-cı il təvəllüdlü Murad Adıgözəl oğlu Məmmədovun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:50-də başa çatıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗