Lider TV-nin aparıcısı Lamiyə Ələkbərova işdən azad olunması haqda deyilənlərə cavab verib.
İnstagram hesabında paylaşım edən aparıcı haqqında çıxan şayiələrə son qoymaq qərarına gəlib:
“Hə! Diqqətiniz məndə olsun. İki gündür ki, sadəcə susub sizə baxıram, yazdıqlarınızı oxuyub özüm-özümə təəccüblənirəm. Görəsən, nə baş verir mətbuatda? Reytinq naminə bu qədər şər-böhtan atmaq olar? Sosial şəbəkələrdə ağzına gələni yazıb məni nüfuzdan salmaq istəyənlər, sizə sürprizim var.
Bu gözəl vətənimin ədalətli hüquq-mühafizə orqanları var, hamınız qanun qarşısında cavab verəcəksiniz. Şükürlər olsun ki, ölkəmizdə işini bilən jurnalistlərimiz də var.
Nəzərinizə çatdırım ki, mən məzuniyyətdəyəm.
P.S. Düşmənlərim yaman çox imiş, Allah ürəyinizə görə versin”.
