“Komanda ilə bağlı neqativ ənənə formalaşıb”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Arsenal”ın baş məşqçisi Arsen Venqer yeni mövsümə iddialı başlamaq istədiklərini qeyd edib.Fransalı mütəxəssis bunları deyib:

“Komanda ətrafında müsbət ab-hava yaratmaq lazımdır. Mənim qeyri-müəyyən gələcəyim də ümumi atmosferə təsir edirdi. Ola bilsin, səhvə yol vermişdim. Bu, komandaya mənfi təsir edirdi. Mövsümə əvvəlkidən daha güclü başlamaq lazımdır. Komanda ilə bağlı neqativ ənənə formalaşıb. Son 4 ildə mövsümə yaxşı start verməmişik. Amma bu il ciddi məşq etmişik, komanda hazır vəziyyətdədir”.

Vətənim Media Shorts

YouTube-da aç ↗