İƏT-ə üzv ölkə rəhbərlərinin görüşü keçiriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Astanada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin rəhbərlərinin görüşü keçiriləcək.

Məlumata görə, İƏT üzvü olan ölkə rəhbərlərinin görüşünün Astanada keçirilməsi ilk dəfədir.

Təşkilatdan həmçinin onu da qeyd ediblər ki, görüşün avqustun sonu və ya sentyabrın əvvəlində keçirilməsi gözlənilir.

Görüşdə İƏT-ə üzv ölkə rəhbərlərinin iqtisadi, sosial və siyasi məsələləri müzakirə edəcəyi gözlənilir.

İƏT-dən qeyd ediblər ki, hazırda görüşün təşkil edilməsi ilə bağlı hazırlıq işləri görülür.

Vətənim Media Shorts

YouTube-da aç ↗