XİN: “Türkiyə Burkina-Fasoda türk kafesinə hücumu qınayır”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyə Burkina-Fasonun paytaxtında türk kafesinə ölümlə nəticələnən hücumu qınayır.

Bu barədə Türkiyə XİN-dən Trend-ə daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir: “Türkiyə Burkina-Fasonu terrorizmlə mübarizədə fəal şəkildə dəstəkləyir”.

Qeyd edək ki, otən gün Burkina-Fasoda “İstanbul” kafesinə silahlı hücum olub. XİN-in yaydığı məlumata görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərdən 1 nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗