Bu işçilərin maaşı 40 faiz artırılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, əmək haqqının artımı 40%-ə yaxın olacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq: “Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”

 Məruf Rzayev

Vətənim Media Shorts

YouTube-da aç ↗