Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti
Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75%, gündüz 45-50 % olacaq.
Rayonlarda, əsasən, yağmursuz olacaq. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 19-24°, gündüz 34-39 isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
