ABŞ 3-4 aydan sonra Fələstin-İsrail münaqişəsinin nizamlanması planını təqdim edəcək.
Bunu Fələstin liderinin müşaviri Nabil Şaat bəyan edib.
“ABŞ nümayəndə heyətinin üzvləri Mahmud Abbasla görüşdə bildirdilər ki, Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə yeni planın hazırlanmasına 3-4 ay tələb olunur”, deyə N.Şaat bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində ABŞ nümayəndələri Fələstinin tələblərinin lehinə və əleyhinə hər hansı fikir bildirməyiblər.
Qeyd edək ki, avqustun 24-də ABŞ prezidentinin müşaviri Cared Kuşnerin başçılığı ilə nümayəndə heyəti Rəmallaha səfər edib.
