Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin payız sessiyasının başlaması barədə məlumat yayılıb. Məlumatda qeyri-dəqiqlik var.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, YAP-nın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, parlamentin sessiyası deputatların məzuniyyətdən qayıtdığı gündən yox, onun ilk plenar iclasının başladığı gündən hesablanır: “Bu gündən deputatların məzuniyyətləri bitir, payız sessiyasının ilk iclası isə sentyabrın 30-da keçirləcək. Bu baxımdan payız sessiyası həmin gündən başlamış sayılır”.
