Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN-nin mətbuat xidmətinin məlumatında bildirilir.
İkitərəfli münasibətlərdəki vəziyyəti müzakirə edərkən Lavrov, Vaşinqtonun Rusiyaya məxsus diplomatik mülkiyyəti müsadirə etməsi beynəlxalq hüquq normaların kobud pozulmasıdır. Nazir Rusiyanın Vaşinqtonun addımlarına qarşı məhkəmə prosedurlarına başlamaq niyyətində olduğunu bildirib.
