Merkel yenidən Bundestaqda – Seçkilər başa çatdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Almaniyanın kansleri və parlament seçkilərində iştirak edən Xristian Demokrat İttifaqının lideri Angela Merkel yenidən Bundestaqa seçilib. Bu barədə Almaniya MSK-nın məlumatında bildirilib.

Qeyd edək ki, A.Merkelin başçılıq etdiyi alyans seçkilərdə qalib gəlib. Belə ki, son məlumata görə, bülletenlərin son hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı 26,5% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat – 20,8%, üçüncü yerdə isə “Almaniya üçün Alternativ Partiya” qərarlaşıb – 11,9%.

Bundan başqa “Yaşıllar” – 9,1%, “Solçular” isə 7,9% səs toplayıblar.

Vətənim Media Shorts

YouTube-da aç ↗