Bu gün AŞPA-da Qarabağ müzakirə ediləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Avropa Şurası ölkələri arasındakı münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək.

Bu barədə Alt Komitənin sədri Ştefan Şennakməlumat verib.
Ş.Şennakın sözlərinə görə, onun sədrliyi ilə keçəcək görüş ATƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak, həmçinin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
O, daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin yeni alt komitə ilə məşğul olacağı üç prioritet məsələdən birinə çevriləcəyini bəyan edib.

Vətənim Media Shorts

YouTube-da aç ↗