Taliban: “Kabildə zərbələrin hədəfi Pentaqon rəhbəri olub”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Kabildə hava limanının bombalanması ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Qruplaşmanın yaydığı bəyanatda zərbələrin hədəfinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu deyilib.

Bu gün səhər saatlarında Pentaqon rəhbəri C.Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Kabilə elan olunmamış səfər edib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə hava limanına 30-dək raket zərbələri endirilib. Bununla əlaqədar olaraq, hava limanında bütün reyslər ləğv olunub.

Vətənim Media Shorts

YouTube-da aç ↗