Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə alabay iti bağışlayıb.
Rusiya prezidenti hədiyyəyə görə türkmənistanlı həmkarına təşəkkürünü bildirib.
“Bizim bir ümumi dostumuz var – dünyada tək olan alabay iti. Bu balaca alabayı bu gün sizə təqdim edirəm” – deyə Berdiməhəmmədov bildirib.
