Azərbaycanda avtobus istehsal olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərbaycan-İran birgə avtomobil zavodunda avtobus da istehsal oluna bilər”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu məsələ İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub:

“Biz bu məsələ üzrə ilkin danışıqlara başlamışıq. Birinci mərhələdə zavodda avtomobil istehsalı təşkil olunacaq. Gələcəkdə isə birgə avtobus istehsalını istisna etmirik”.

Vətənim Media Shorts

YouTube-da aç ↗