Tbilisidə atəş səsləri eşidilir: Dərslər təxirə salınıb, xüsusi təyinatlılar əməliyyat keçirir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Tbilisidə bu gün səhər saatlarında atəş səsləri eşidilib.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, paytaxtda terrorçulara qarşı əməliyyat keçirildiyi xəbəri yayılıb.

Xüsusi təyinatlılar Qabriel Salos küçəsindəki yaşayış evlərindən birini mühasirəyə alıb. Məlumata görə, terrorçular həmin evdə istehkam qurub.

Paytaxtdakı 97 saylı məktəbdə dərslər təxirə salınıb. Məktəb əməliyyat aparılan küçəyə yaxın yerləşir. Qaz və enerji kəsilib.

İlkin məlumatlara görə, terrorçular Gürcüstan vətəndaşı deyil. Evdə gizlənən 2 terrorçunun zərərsizləşdirilməsi əməliyyatı davam edir.

Vətənim Media Shorts

YouTube-da aç ↗