ABŞ-ın planı deşifrə oldu: PKK ilə birlikdə yeni muxtariyyat

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Terror təşkilatı İŞİD məğlubiyyətə uğrasa da, ABŞ Suriyanın cənubunda qalacaq və PKK-PYD-dən istifadə edərək mərkəzi hökumətə bağlı olmayan regional muxtariyyat yaradacaq.

Cebhe.info xəbər verir ki, ABŞ-ın bu planı barədə iddia “Washington Post” qəzetində yer alıb.

İŞİD-in İran və Rusiyanın da dəstəyilə getdikcə məğlubiyyətə uğramasından sonra ABŞ-ın bölgədəki varlığı barədə müzakirələr səngimir.

Qəzetin yazdığına görə, İŞİD məğlub olsa da, ABŞ Suriyadakı varlığını davam etdirəcək. Analiz müəlliflərinin fikrincə, xüsusilə İran dəstəkli şiə qruplarının yardımı ilə ölkənin yarısından çoxunda nəzarəti təkrar əlinə alan Əsəd hakimiyyəti rejimə qarşı müxaliflərlə mübarizəni də davam etdirir. Ancaq ABŞ güclərinin Suriyadan ani bir şəkildə çəkilməsi Əsədin əlini gücləndirəcəyi kimi Suriyanın yaxın müttəfiqi ABŞ-n ən böyük düşməni İranın güclənməsi anlamına da gəlir. Bunun qarşısını almaq üçün İŞİD-ə qarşı mübarizədə Suriya Demokratik Qüvvələrini təlimatlandıran və dəstəkləyən ABŞ bu dəfə İrana qarşı mücadilədə Suriyanın şimalında mərkəzi hakimiyyətdən müstəqil regional hökumət yaratması proqnozlaşdırılır”.


Cebhe.info

Vətənim Media Shorts

YouTube-da aç ↗