İlk iş günü qar yağacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Noyabrının son bazar ertəsinə olan hava proqnozu

Yeni həftənin ilk iş günü ölkə ərazisində tutqun hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu 9-13° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗