“Mən səninlə niyə türkcə salamlaşmıram ki?”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün öncə Rusiyaya səfəri zamanı lentə alınana görüntülər marağa səbəb olub. İstiPress-in məlumatına görə, maraqlı və qısa dialoq Ərdoğanla Kremlin mətbuat katibi Dmitri Peskov arasında olub. Görüntüəri səfərdən bir neçə gün sonra Rusiya kanallarından biri yayımlayıb.
Noyabrın 22-də Rusiya və İran prezidentləri ilə görüş üçün Soçiyə gələn Ərdoğanı rus həmkarı Vladimir Putin qarşılayıb. İki prezident əl verib görüşdükdən sonra salona daxil olmaq istəyiblər. Bu zaman Ərdoğan pilləkənlərdə Peskovu görüb. “Peskov! How are you?” deyə ona səslənib.
Peskov isə prezidentdə “Xoş gəldiniz” deyərək türkçə cavab verib. Bundan sonra Ərdoğan Peskovun türk dilini çox gözəl bildiyini xatırlayıb. “Mən niyə səndən “yaxşısanmı” deyə soruşmuramki?”.
