“Oğrulanan zaman”da fürsət

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Oğru dünyası adlı bir tanıma da var həyatımızda,
Cinayətləri həbs edən sovet təfəkkürünün dustaq etdiyi insanlar bu dünyanın dəyərlərini formalaşdırıb,adına da Oğru dünyası qoyublar.
Bu dünya hansı şəklin davamıdır,tarix olaraq hansı təcrübədən yaranıb?
İnsanlıq var olalı cinayətlər var,cəzalar da.
Zindan hərəkətin məhdudlaşmasıdır,quyu,hücrə bu səbəbdən həbsin təməl gücüdür,
İnsan enerjisinin buxovlanması onun iık islahıdır,
Cəzasıdır.
Cismani cəzalar isə sonra gələr,cinayətin nə qədər ağır və yüngül olmasına bağlı olaraq.
Bu gün belə biz həbsə “yatmaq” deyərik,
İlk cəza yatmaqdır,bu yatmaq artıq yuxu üşün deyil,sükünətdə qalmaqdır.
Tarix və zaman içində zindana salınanlar ya fikrinə,ya da cinayətlərinə görə olardı.
Fikir cinayəti edənlər Alimlər olurdu,onların dili cinayət edənlərin dili ilə eyni olmazdı,
Onların birliyini düşünmək belə mümkün deyildi.
Şahzadələr,dövlətdə çalışıb xəyanət edənlər də zindana atılardı,
Zindan Dövlətın islah məkanı olaraq “dondurulmuş zaman”anlayışından savayı bir işə yaramazdı.
“Dondurulan zaman” isə unudulmayacaq bir cəza kimi qorxulan yer idi.
Bu qorxu məkanının məqsədi “öldürüb diriltməkdir”, yenidən doğmaqdır.
Qərbdəki zindan anlayışı isə üsyan mərkəzi kimi etiraz mənbəyidir,
Üsyanlar,etirazlar burdan başlar və burda zaman donmaz,zamana fürsət kimi baxar.
Bizim “yatdim”anlayışına,ruslar “sidel” oturdum deyər,
Fərqi gördükmü?
Türmə Ədalətli dövlətin parçasıdırsa,cinayət yatar,
Türmə Zülmün parçasıdırsa cinayət oturub fürsət axtarar.
Sovet və ondan oncə Çar dövrü bizim zindan düşüncəmiz dəyişməyə başladı,
İki anlayış bir birinin içinə girdi..
Zülm edən Dövlətin zindanında Ədalət cücərməyə başladı,etiraz Oğru dünyasını inşa etdi.
Oğru seçilənlər isə tam təslim olmayan zəkalı şəxslər oldu,
Ədalətin tərəzisini öz əllərinə alıb,zəkaları ilə bir dünya yaratdılar.
Zəka Ağıl deyil,zəka çevik qərar verəndir,
Dövlət ədaləti ağılın tərəzisinə qoymayanda,zəkalar ədalətin müdafiəçisi olmaq məcburiyyətində qalır.
“Donan zaman” və “fürsət gözləyən zaman” Cinayət dünyamızı fərqli bir dövlətə çevrib,
Bu Dövlətin içində artıq sükünət yox,hərəkət var,
Bəlkədə ən ciddi hərəkət bu dünyanın içindədir.
Dövlət adlananlar sükünəti seçdikləri üçün artıq cəza toplumlardadır,
Yatan xalqlardır.
Zindana dönən həyatın xilası dirilişlədir.
Bu dondurulmuş zamanın sonucudur,
Fürsət gözləyən zaman isə heç yatmaz,
Zaman göstərəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗