Müxalifət hakimiyyəti Avrasiya İttifaqını tərk etməyə çağırdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə fikirlər parlamentin dünənki iclasında müxalif deputatlarının dilindən səsləndirilib.

Erməni siyasətçilər Ermənistanın Avrasiya İttifaqına daxil olandan bəri iqtisadi göstəricilərinin pisləşməyə doğru getdiyini, ölkəyə birbaşa sərmayə qoyuluşunun 7 dəfə azaldığını qeyd ediblər.

Onların bu dəlillərinə hakim Ermənistan Respublika Partiyasının (ERP) deputatları etiraz edərək, hazırkı anda Rusiyaya qarşı gəlməyin təhlükəli olduğunu çatdırıblar.

Qeyd olunur ki, parlamentdəki debatlar Ermənistanın bu ilin noyabrın 24-də Avropa Birliyi ilə imzaladığı assosiasiya haqqında sazişdən sonrakı dövrə təsadüf etdiyi üçün əsasən onun yaradacağı siyasi nəticələrə həsr edilib. Elə parlamentdəki müzakirələrin təşəbbüskarı da parlamentdəki müxalif “Yelk” (Çıxış) blokunun nümayəndələri olub.

 

edmon marukyan.jpg (82 KB)

Edmon Marukyan

 

Fraksiyanın deputatı Edmon Marukyan Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün heç bir iqtisadi fayda gətirmədiyini, hətta milli təhlükəsizliyinə təhdid törətdiyini deyib.

Marukyanın sözlərinə görə, İttifaqa daxil olduqdan sonra Ermənistanın ÜDM-i (ümumdaxili məhsul) 8%-ə düşüb, valyuta ehtiyatları 40% azalıb, xarici borc isə 10% artıb.

“Avrasiya İqtisadi İttifaqına üzvlük ilkin ehtiyac mallarından 900-nün qiymətinin artmasına gətirib çıxarıb. Onlardan 798-nin qiyməti yanvardan bu yana durmadan yüksəlməkdə davam edir. Ermənistanın 3-cü ölkələrlə, o cümlədən yaxın qonşuları İran və Gürcüstanla iqtisadi əlaqələr qurmaq hüququ ciddi şəkildə məhdudaşdırılıb”, – Marukyan qeyd edib.

Erməni deputat Avrasiya İttifaqına üzv olan ölkələri Qarabağ münaqişəsində tutduqları mövqeyə görə də tənqid edib:“Ermənistanın strateji müttəfiqi sayılan dövlət Azərbaycanı silahlandırmaqda davam edir. Rusiya Azərbaycanın hücum silahlarının 85%-nin tədarükçüsüdür. İttifaqın bir sıra dövlətləri isə ümumiyyətlə 2016-cı ilin aprelində Azərbaycanın hücum əməliyyatını müdafiə ediblər

İstanbul’un en ucuz escort kızları bu sitede beylikdüzü escort

Vətənim Media Shorts

YouTube-da aç ↗