“ABŞ Rusiyaya yeni sanksiyalar hazırlayır”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ Maliyyə Nazirliyi Rusiyanın biznesmenlərinə və şirkətlərinə qarşı yeni sanksiyalar hazırlayır.

Bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.

O bildirib ki, Kiyev Rusiyaya qarşı sanksiyaların hazırlanmasında ABŞ Konqresi ilə əməkdaşlıq edir:

“Bu qanun layihəsi olduqca vacibdir. Sanksiyalar formal mahiyyət daşımır. Onlar həm də məntiqli qərarlardır”.

XİN rəhbəri əlavə edib ki, yeni sanksiya layihələri 2018-ci ilin yanvar ayının sonunda hazır olacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗