Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Turkustan.info xəbər verir ki, hökmə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə MTN zabitlərinin rütbələri ilə bağlı da qərar elan olunub. Onların hərbi rütbədən məhrum olunması ilə bağlı ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.
