Həbsxanada cəza çəkən azərbaycanlı məşhur ata oldu.
Hazırda həbsxanada cəza çəkən “Azəri-star” müsabiqəsindən məşhurlaşan müğənni Emil Rəhmanov ata olub.
Məlumata görə, ifaçının oğlu bir neçə ay bundan əvvəl doğulub. Körpəyə Əli adı verilib.
Xatırladaq ki, Emil Rəhmanov Şəbnəm Bədəlova adlı xanımla 2014-cü ilin aprel ayında evlənib.
Emil bu ilin yanvar ayında həbs olunub. Bu, onun ikinci məhkumluğudur.
Emil 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il azadlıqdan məhrum edilmişdi.
Emil Rəhmanov əməkdar artist Rəhman Rəhmanovun oğludur.
1xəbər.com

