Ermənistan NATO-Rusiya toqquşmasının ortasında qalıb
NATO-nun müdafiə kollecinin son məruzələrindən birində Rusiyanın Ermənistanda hərbi qüvvlərini artırması məsələsini gündəmə gətirməsi İərvanda ciddi narahatlıq törədib.
Məruzədə Ermənistanın Gümrü və Erebuni bazalarında Rusiyanın hücum tipli qüvvələrinin yerləşdirilməsindən narahatlıq bildirilib.
Məruzəyə görə, bu bazalarda lokal havadan müdafiə sistemləri var ki, onlar NATO təyyarələrini və raketlərini tuta bilərlər. Məruzədə həm də qeyd edilir ki, bazalarda “İsgəndər M” tipli raketlərə əsaslanan hücum kompleksləri var.
İrəvandakı şəhçilər bu məruzənin istər-istəməz Ermənistanı hədəfə çevirdiyini vurğulayırlar. Məsələn, erməni şəhçi Sarkis Arsruni “1in.am”da bu gün yazdığı məqaləsində bildirir:
“Bu “İsgəndər” raketləri Ermənistanın baş ağrısına çevrilə bilərlər. Çünki Ermənistanı yeni NATO-Rusiya toqquşmaları teatrına çevirən vacib səbəbə çevrilirlər”.
